Hibrid lisenziya
Biznesinizə uyğun ödəniş yolunu özünüz seçin: aylıq abunə ilə az xərclə başlayın, ya da bir dəfə ödəyib ömürlük lisenziya alın.
- Aylıq abunə
- Ömürlük lisenziya
Marketdən PlayStation zalına qədər kiçik və böyük bizneslər üçün POS və idarəetmə həlləri – SMARTBEIN ilə daha asan!
Kassa, tərəzi, printer, müştəri ekranı və telefon bir-biri ilə eyni anda işləyir. Kamera ekrana yaxınlaşır — gördükləriniz SmartBein-in özündəndir: nümunə məlumatla, proqramda çəkilib.
Bizi fərqləndirən iki əsas şey: lisenziyanı özünüz seçirsiniz və proqram internetdən asılı deyil.
Biznesinizə uyğun ödəniş yolunu özünüz seçin: aylıq abunə ilə az xərclə başlayın, ya da bir dəfə ödəyib ömürlük lisenziya alın.
SmartBein internetsiz də tam işləyir: satış, çek, anbar və hesabatlar yerli serverdə davam edir. Kassa bir an da dayanmır, internet olanda isə sahibkar hər şeyi telefondan izləyir.
Market, mağaza, geyim mağazası, aptek, restoran, kofe şop, internet klub və PlayStation zalı. Hər sahənin öz aləti var: IMEI, qutu və blister, tərəzi, mətbəx ekranı, PC və TV kilidi.
Silmə, ləğv, qaytarma, ikram və böyük endirim yalnız sizin təsdiqinizlə keçir. Sorğu telefonunuza və Telegram-a gəlir.
Barkodu oxudun, çəkini tərəzidən götürün — çek hazırdır. Müştəri ekranında hər məhsulu, sonda qalığı görür.











IMEI skan edilir; anbarda olmayan nömrə yalnız menecer təsdiqi ilə satılır. Çekdə də, qaytarmada da həmin IMEI görünür.







Hər ölçü və rəng ayrıca barkodla satılır: yeni mal gələndə etiketləri proqramdan çap edirsiniz. Kassada skan edir, mövsüm endirimini bir toxunuşla tətbiq edirsiniz, müştəri çekdə qənaətini görür.










Bir qutuda neçə blister olduğunu bir dəfə yazırsınız. Qutunun da, blisterin də öz barkodu olur, qalıq özü hesablanır.






Ofisiant sifarişi telefondan alır: mətbəx ekranında dərhal görünür, mətbəx printeri bileti çap edir. Kassada masanın hesabı hazırdır.










Sürətli satışda hər içki bir düymədir. Qeyd yazılır, barmen bileti öz printerindən alır.





Kassir posta vaxt qoyur, SmartBein agenti kompüteri açır. Vaxt az qalanda xəbər verir, bitəndə ekranı kilidləyir.










PlayStation zalında eyni qayda: Android TV tətbiqi televizoru açır, vaxt bitəndə kilidləyir. Qiymət pult sayına görə.










Kassada ikram, silmə, ləğv, qaytarma və ya həddən böyük endirim olanda sorğu sahibkarın telefonuna və Telegram-a gəlir. Təsdiq edən kimi kassada icra olunur.













Proqram bu avadanlıqla işləyir. Başqa cihazınız varsa, yazın, uyğunluğunu yoxlayaq.
Omnitech, CasPos (Sunmi), DataPay, OneClick (eKassam)
Şəbəkə, USB və Bluetooth; mətbəx və bar printerləri
Elektron tərəzilər, etiket tərəziləri (TM-30F, RussianScale)
Məhsul, qutu, tərəzi barkodu və IMEI
Müştəri səbəti görür, mətbəx sifarişi
İnternet klub və PlayStation zalı üçün kilid
SmartBein Systems Azərbaycan biznesi üçün POS və idarəetmə proqramıdır. Market kassasından restoranın mətbəxinə, aptek rəfindən PlayStation zalına qədər bütün işi bir sistemdə birləşdiririk: satış, anbar, işçilər, hesabatlar və sahibkar nəzarəti.
Proqramı sahənizə uyğun quraşdırır, avadanlığı qoşur, işçilərinizi öyrədirik. Sonra da yanınızdayıq: suala, yeniləməyə və ya texniki problemə görə dəstək xəttinə zəng etməyiniz kifayətdir.
Məqsədimiz sadədir: kassada iş bir an da dayanmasın, sahibkar isə biznesini harada olursa olsun rahat idarə etsin.
Adınızı, şirkətinizi və nömrənizi yazın. Əməkdaşımız sizinlə əlaqə saxlayıb biznesinizə uyğun təklif verəcək, proqramı göstərəcək.
Yazın və ya zəng edin. Sahənizə uyğun quraşdırmanı və proqramın işini göstərək.